Ərəbistandakı işsizliyə etiraz həştəqi
-
Ərəbistan
Səud gəncləri sosial şəbəkələrdə həştəq yaratmaqla Ərəbistandakı işsizlik böhranına etiraz ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Səud məzunlar ilbəil daha da pisləşməkdə olan Ərəbistandakı işsizlik böhranını qabartmaq üçün yeni bir həştəq yaradıblar.
İşsiz səud gəncləri işsizlik böhranını həll edəcəyinə və gənclərin həyat şəraitini yaxşılaşdıracağına söz vermiş səud vəliəhdi Muhəmməd bin Salmanın bəyanatı və filmlərini bir daha yayıblar.
Səud aktivist Arıc Əlsədhan bu barədə yazıb ki, əgər bir kəs vergilərin və benzin qiymətinin artmasına və işsizlik probleminə etiraz edərsə, zindana atılaraq, öldürüləcək və Allah səud xalqına rəhm etsin.
Ərəbistanda işsizlik göstəricisi səudiyyə vətəndaşları arasında on iki tam onda üç faizə çatıb və bu rəqəmin 2030-cu il perspektivi sayəsində 22 faizə qalxacağı gözlənilir.