Sionist rejimin yeni başçısına qarşı aksiya keçirilib
Sionist rejimin yeni başçı İsaak Herzoqun müxaliflərindən bir qrupu onun Təl-Əvivdəki mənzilinin önünə toplaşaraq, onun hərəkətinə etiraz edib və şüar veribdir.
SəhərAzəri-nin məlumatına əsasən, sionist rejimin sabiq baş naziri ilə müxalif olan bir solçu qrupun tərəfdarlarının keçirdikləri bu aksiyaya səbəb, Benyamin Netanyahunun sözçüsü olmuş Naur İhayanın sionist rejimin yeni başçısının sözçüsü təyin edilməsi olubdur.
"Cinayət naziri" adlı bir təşkilat bu barədə bildirib ki; Herzoq laqeydliklə Netanyahunun ifratçı havadarlarından olmuş bu şəxsi özünə sözçü təyin edib. Biz bu təyinat ləğv edilməyənədək sakit qalmayacağıq.
Sionist rejimdə fəhlə partiyasının keçmiş sədri İsaak Herzoq bu rejim parlamenti- knessetin üzvlərinin 87 lehinə səsi ilə sionist rejimin yeni başçısı seçilib.