ABŞ hərbçiləri Suriya neftini oğurlamaqda davam edirlər
-
Suriya nefti
ABŞ qüvvələri bir daha Surİya quyularından oğurlanmış onlarla tanker nefti İraqa köçürüblər.
SəhərAzəri-nin məlumatına əsasən, Suriyanın şimal-şərqində yerləşən Əlhəsəkə vilayətindəki yerli mənbələr dünən bildiriblər ki, amerikalı qüvvələr Suriya quyularından çıxarılmış 25 tanker nefti qanunsuz Əlvəlid keçidi vasitəsilə İraqa köçürüblər.
Bu mənbələrin bildirdiklərinə görə, bu miqdarda neft Amerika ordusunun quru və hava dəstəyilə qanunsuz Əlvəlid keçidindən keçərək, İraq ərazisinə daxil olubdur. Suriya kürd demokratik qüvvələri də bu tankerləri müşayiət edirmişlər.
Suriya hökuməti bu ölkə neftinin ötürülməsi və qaçaq edilməsini dəfələrlə pisləyib və BMT ilə bu təşkilatın təhlükəsizlik şurasından istəyibdir ki, Suriyanın resurslarının Amerika ordusu tərəfindən tarac olunmasının qarşısını alsınlar.
Amerikanın Suriya neftini qaçaq və ondan öz hərbi qüvvələri üçün istifadə etməsinin fonunda qeyd edək ki, Suriyanın hökuməti və xalqı yanacaq çatışmazlığından əziyyət çəkirlər və yük maşınları bəzən saatlarla yanacaqdoldurmanın intizarını çəkirlər.
Suriya hökuməti amerikalı hərbçilərin bu ölkənin şimal-şərqi və cənub-şərqindəki iştirakını qəsbkarlıq hesab edir. Amerikalıların Suriyadakı başlıca iştirak məkanları, bu ölkənin neft quyularının ətrafında yerləşir.