Sen 03, 2021 12:54 Asia/Baku
  • İran Livana yanacaq göndərməyə hazırdır

İran Livana yanacaq satmaq və göndərməyə hazırdır.

SəhərAzəri-nin verdiyi məlumata görə, «İkitərəfli əlaqələrin genişləndirilməsində İranın heç bir məhdudiyyəti yoxdur»- deyən İranın xarici işlər naziri vurğulayıb ki, əgər Livanın hökuməti və tacirlərinin yenə yanacağa ehtiyacları olarsa, İran onu satmaq və göndərməyə hazırdır.

Livanın sabiq xarici işlər naziri Cübran Basil-lə telefon söhbətində İran İslam Respublikasının öz neft məhsullarını yeni müştərilərə satmağa hazır olduğunu qeyd edən Hüseyn Əmir-Abdullahiyan bildirib ki, Livan Hizbullahının iftixarlı rəhbərinin sionistlərin Livan xalqına qarşı yaratdıqları yanacaq böhranına son qoymaq üzrə tədbiri, belə bir gercəkliyə sübutdur ki, Livanın başıucalıq yolu yalnız özünəsöykənmə, həmçinin öz mənbələri və sərmayələrindən istifadəyə söykənmədən keçir.

İranın xarici işlər naziri seçilməsi münasibətilə Əmir-Abdullahiyanı təbrik edən Cübran Basil də Livana yanacaq yükünün satılması və göndərilməsinə görə minnətdarlıq ifadə edib.

Teqlər