Noy 01, 2021 14:38 Asia/Baku
  • Əl-Əqsa məscidi
    Əl-Əqsa məscidi

Sionist qəsəbə sakinləri bu rejim hərbçilərinin yaşıl işığı ilə Əl-Əqsa məscidinə hücum ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, "Fələstin Əl-Youm"un məlumatına görə, sionist qəsəbə sakinlər, hələ də fələstinlilərin müqəddəslərinə qarşı düşmənçilik hərəkətlərini davam etdirirlər. 

Məlumata əsasən, sionist qəsəbə sakinləri Əl-Əqsa məscidinin həyətlərinə basqın edib, bir sıra anti-İslam şüarları səsləndirdikdən sonra fələstinlilərlə toqquşublar. 

Bu elə bir haldadır ki, bir müddət əvvəl Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın yüksək vəzifəli üzvü Məhəmməd Həmadə, hərəkatın Əl-Əqsa məscidinin müdafiəsi üçün ictimaiyyəti hazırlıqlı olmağa çağırdığını bildirib.

Əl-Əqsa məscidi Qüdsün İslam və xristianlıq elementlərini məhv etmək və onları sionizm simvolları ilə əvəz etmək üçün sionist hərbçilərin və qəsəbə sakinlərinin cövlangahına çevrilib.

Teqlər