Suriya neftinin amerikan qəsbkarlar tərəfindən oğurlanması davam edir
-
Suriya neft
Terrorçu amerikan hərbçilər bir daha Suriya neftini oğurlayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Suriyanın şimal-şərqində yerləşən Həsəkə vilayətindəki Əlyaarubiyəh kəndində yerləşən yerli mənbələr bildiriblər ki, terrorçu amerikan hərbçilər 86 ədəd avtomobil, tanker və yük maşını ilə Suriya neftini qanunsuz Əlvəlid keçidi ilə İraqın şimalına köçürüblər.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son zamanlar bildiribdir ki, Amerika qanunsuz şəkildə Suriyanın şimal-şərqində yerləşən neft yataqlarından, ayda, dəyəri otuz milyon dollardan yuxarı olan neft çıxarır.
Amerika hərbçiləri və onların tabeliyində olan terrorçu ünsürlər uzun müddətdir, qanunsuz şəkildə Suriyanın şimal-şərqində iştirak edirlər. Onlar bu ölkənin neft ehtiyatları və buğdasını qarət etməkdən əlavə, Suriyanın xalqı və qüvvələrinə qarşı hərəkətlər edirlər.
Suriya rəsmiləri dəfələrlə vurğulayıblar ki, Amerikanın Suriyadakı hərəkətləri işğal deməkdir.