İraq prezidentliyinə namizədlərin adları rəsmi şəkildə açıqlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i385609-İraq_prezidentliyinə_namizədlərin_adları_rəsmi_şəkildə_açıqlanıb
İraq Parlamentinin Katibliyi prezidentliyə namizədliyi təsdiq edilmiş 25 nəfərin adını rəsmən açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 31, 2022 16:54 Asia/Baku
  • İraq prezidenti
    İraq prezidenti

İraq Parlamentinin Katibliyi prezidentliyə namizədliyi təsdiq edilmiş 25 nəfərin adını rəsmən açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən,bu barədə İraqın rəsmi xəbər agentliyi WAA məlumat yayıb.

Məlumata görə, İraq Parlamentinin Katibliyi bazar ertəsi verdiyi bəyanatda İraq prezidentliyinə 25 namizədin adını açıqladığını bildirib. Siyahıda Kürdüstan Vətən İttifaqından "Bərhəm Saleh"in və Kürdüstanın Demokratik Partiyasından Huşyar Zebarinin adları gözə dəyir.