Sionist qəsbkarların Şeyx Cərrah məhəlləsinə hücumları davam edir
-
Sionist qəsbkarlar
Qəsbkar sionist hərbçilər öz düşmənçilik hərəkətlərinin davamında bir daha işğal edilmiş Şərqi Qüdsdə yerləşən Şeyx Cərrah məhəlləsinə hücum ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Son günlər ərzində qərb sahilində yerləşən bəzi şəhərlər və Şeyx Cərrah məhəlləsi Fələstin xalqı ilə sionist hərbçilər və sionist qəsəbə sakinləri arasında döyüş səhnələrinə çevriliblər; belə ki, bəziləri digər bir intifazənin başlanmasından danışırlar.
Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, bazar günü gecə fələstinlilərin sionist hərbçilər və sionist qəsəbə sakinləri ilə döyüşlərində otuz bir fələstinli yaralanıb, azı on iki fələstinli isə həbs edilibdir.
Çərşənbə günü Qəzzədə fələstinli milli və islami cərəyanların Qüds və Şeyx Cərrah məhəlləsinin sakinlərini himayə üzrə həmrəylik toplantısı keçirilib.
Şeyx Cərrah məhəlləsi 1967-ci ildən bəri Qüdsün əhali quruluşunun dəyişdirilməsi və onun islami mahiyyətinin əlindən alınması üçün mühüm hədəf olub. Bu günlər baş verən hadisələr bu məhəllənin daxilində bütün qəsəbəsalma planları qarşısında dayanan Şeyx Cərrah məhəlləsinin əhalisini təhrik etmək mənasına gəlir.