Ramullahda geniş aksiyalara çağırış
Qərb sahilindəki fələstinli fəallar Co Baydenin Ramullaha səfəri ilə bir zamanda anti-Amerika aksiyalarına çağırış kampaniyasına başlayıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Amerika prezidenti Co Bayden 23 iyun 2022-ci il tarixində qəsb olunmuş Fələstinə qırx saatlıq səfər planlaşdırır. Bu səfər bir tərəfdən, sionist rejimin nazirlər kabinetinin siyasi böhranla üzləşdiyi, digər tərəfdən isə sionistlərin Fələstin xalqına qarşı cinayətlərinin şiddətləndiyi bir şəraitdə həyata keçirilir.
Elan olunmuş proqrama əsasən, Bayden Təl-Əvivdə sionist rejimin məsul şəxslrilə görüşdükdən sonra Ramullahda Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasla da görüşmək niyyətindədir. Bayden bu görüşdən sonra Fars Körfəzi ətrafındakı ölkələrin, üstəgəl, Misir, İordaniya və İraqın dövlət başçılarının iştirakı ilə keçiriləcək Ciddə sammitində iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanına yollanacaq.
Qərb sahilindəki fələstinli gənclər və fəallar bu gün sosial şəbəkələrdə bu bölgənin əhalisini cümə axşamı günü Fələstin muxtariyyətinin mərkəzi olan Ramullah şəhərində keçiriləcək anti-Amerika aksiyasında iştirak etməyə çağırıblar.
Bu kampaniyada bildirilir ki, Amerikanın siyasətləri daima sionist rejimin maraqları istiqamətində və fələstinlilərə qarşı olub və ABŞ prezidentinin Ramullaha səfər etmək hüququ yoxdur.
Qeyd edək ki, Mahmud Abbas, Baydenin işğal olunmuş Fələstinə səfəri barədə danışmaq üçün keçən həftə Ramullahda Təl-Əviv rejiminin müharibə naziri Benni Qants ilə görüşmüşdü.