Avq 03, 2022 14:25 Asia/Baku
  • İşğal olunmuş ərazilərdəki iki limanın internet saytları kiberhücuma məruz qalıb

Sionist rejim qəzeti Fələstin tərəfdarlarına mənsub olan hakerlər qrupunun bu rejimin işğal etdiyi ərazilərdəki iki böyük limanın internet saytlarına qarşı kiberhücum həyata keçirdiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,müxtəlif qruplar tərəfindən sionist rejimin infrastrukturlarına qarşı kiber hücumlar və həyati əhəmiyyətli məlumatların ələ keçirilməsi və yayılması bu rejimin kiber sahəsindəki boş əzəmətinin dağılmasına səbəb olub.

"Yediot Ahronot" qəzeti "Banqladeşin Sirli Komandası" adlı Fələstin tərəfdarı olan hakerlər qrupunun Eylat və Aşdod limanlarının internet saytlarını sındırdığını açıqlayıb.

Qəzetin yazdığına görə, hakerlərin hər hansı məxfi məlumatı və ya şəxsi məlumatları oğurlaya bilib-bilmədiyi hələ də məlum deyil.

Bu elə bir haldadır ki, sionist rejimin "Haarets" qəzeti bu yaxınlarda işğal olunmuş Fələstin şəhərlərinin birində kanalizasiya sisteminin kiberhücuma məruz qaldığına toxunaraq, yazıb: "Ekspertlər kibermüharibələr fonunda İsrailin bir çox infrastruktur sistemlərinin ifşa olunması barədə xəbərdarlıq edirlər". 

Bazar günü də sionist rejimin "Sapir" Kolleci tələbələrinin şəxsi məlumatları kiberhücuma məruz qalıb.

Həmçinin, bir müddət əvvəldə  "Əl-Tahirə" adlanan İraqlı haker qrupu sionist rejimin üç şirkətinin saytlarına girişi bağlayıb və onların ilk səhifələrində İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin keçmiş komandanı, şəhid general-leytenant Hacı Qasım Süleymaninin fotolarını və  "Həşdüş-Şəbi"nin himnlərini dərc edib. 

Teqlər