Sionist rejim Qəzzənin qərbini bombalayıb
Qəsbkar sionist rejimin aviasiya qüvvələri yenidən Qəzzə zolağına hücum ediblər.
Sionist rejimin qırıcıları bu gün bir daha Qəzzənin qərbini bombalayıblar.
Sionist rejim qırıcıları bu gün həmçinin Qəzzə zolağının şimalında yerləşən Beyt-Lahiya qəsəbəsinin qərbindəki müqavimət bazalarından başqa birisini hədəfə alıblar.
Bəzi informasiya mənbələri sionist rejimin bu hava hücumunda “Səraya əl-Qüds” bazasını hədəfə aldığını bildiriblər.
Eyni zamanda Əl-Məyadin telekanalının müxbiri xəbər veribdir ki, fələstinli müqavimət qrupları “Alumim”, “Nahil”, “Uz” və “Niraam” sionist qəsəbələrini hücum hədəflərinə çeviriblər.
Sionist rejimin 12-ci telekanalının müxbiri- Tamir Setainman deyib: Sionist rejim ordusunun Qəzzə zolağına qarşı yeni hücumları başlanandan bəri fələstinli müqavimət qrupları qəsb olunmuş ərazilərə tərəf 180 raket atıblar.
Qəzzə zolağının müxtəlif bölgələri dünən axşamdan bəri sionist rejimin cinayətkar hücumlarının şahididirlər. Bu hücumlar zamanı azı on bir nəfər şəhid olub, səksən bir nəfər isə yaralanıbdır.