Avq 08, 2022 11:00 Asia/Baku
  • müqavimət komandirlər
    müqavimət komandirlər

Fələstin İslami Cihad hərəkatının yüksək rütbəli komandirlərindən biri bazar günü gecəsi sionist rejimin bu hərəkatın və Qüds batalyonlarının bütün komandirlərinin şəhid olmalarına dair iddiasını rədd edib.

SəhərAzəri-nin məlumatına əsasən, “İslami Cihad” komandiri İRNA-ya deyib: İslami Cihad çayı Fələstinə xidmət yolunda heç vaxt qurumayacaq və Qüds batalyonları və onların qüvvələri sionistlərin qalalarını darmadağın etməkdədirlər.

Həmçinin Fələstin İslami Cihad hərəkatının İrandakı nümayəndəsi Nasir Əbu Şərif bazar günü gecəsi sionist rejimin bu hərəkatın bütün döyüş komandirlərini şəhid etməsinə dair iddiasını yalan adlandırıb və belə deyib: Əgər Təl-Əvivin iddiası düz olsaydı, biz sionist qəsəbə sakinlərinə tərəf bu qədər müqavimət raketlərinin atılmasının şahidi olmazdıq.

Sionist rejim cümə günü axşamdan etibarən, Qəzzə zolağının müxtəlif bölgələrinə qarşı aviasiya və artilleriya hücumlarına başlayıb və indiyədək bu vəhşicəsinə hücumlar nəticəsində qırx bir nəfər, o sıradan on üç uşaq və iki qadın şəhid olub.

Cümə günü axşam sionist rejimin Qəzzə zolağına təcavüzünün başlanmasından bəri daha 311 fələstinli yaralanıbdır ki, onlardan 96-sı uşaq, otuzu qadın, on ikisi isə yaşlı şəxsdir.

Bu cinayətkarcasına hücumlara cavab olaraq, fələstinli müqavimət qrupları işğal olunmuş ərazilərdə sionist şəhər və qəsəbəni, xüsusən Təl-Əviv şəhəri və Ben Qurion hava limanını yüzlərlə raketlə hədəfə alıblar.

 

Teqlər