Ərbəin zəvvarları İmam Əli(ə)-ın hərəmində geniş iştirak edirlər
-
İmam Əli(ə)-ın hərəmi
Hüseyn(ə) Ərbəini yürüşünün zəvvarları dünya şiələrinin birinci imamı Həzrət Əmirəlmöminin Əli (ə)-ın Nəcəfi-Əşrəf şəhərində yerləşən pak hərəmində geniş iştirak edirlər.
SəhərAzəri-nin məlumatına əsasən, Səfər ayının iyirmisi, sentyabrın on yeddisi, dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn (ə)-ın və o həzrətin vəfalı köməkçilərinin Kərbəla çölündə şəhid olmalarının Ərbəini günüdür. Dünyanın müxətlif yerlərindən olan milyonlarla zəvvar bu gündə Hüseyn(ə) Ərbəini mərasimində iştirak etmək üçün İraqın cənubunda yerləşən Kərbəla şəhərinə daxil olur.
Bu günlər Hüseyn(ə) Ərbəini zəvvarlarının İraqın müxtəlif bölgələrindən Kərbəla və Beynülhərəmeynə doğru yürüşü həyata keçməkdədir. İraqlı zəvvarlardan əlavə, İrandan və digər ölkələrdən olan İmam Hüseyn (ə) aşiqləri də bu əzəmətli yürüşdə böyük şövqlə iştirak edirlər.
Hüseyn(ə) Ərbəini yürüşünün zəvvarları Kərbəlaya hərəkət istiqamətində Nəcəfi-Əşrəfdə yerləşən Həzrət Əmirəlmöminin Əli (ə)-ın pak hərəmini ziyarət edib, orada əzadarlıq edirlər.
Bu günlər İraqda Hüseyn(ə) Ərbəini yürüşü istiqamətində İmam Hüseyn(ə)-a olan məhəbbət və dünya şiələrinin üçüncü imamının davamçıları arasında dostluq və birlik səhnələrini müşahidə etmək olar.
Hüseyn(ə) Ərbəini ziyarəti İslam dünyasının ən böyük dini mərasimi olub, tarix boyu iştirakçıların sayı və mərasimin miqyası cəhətdən misilsizdir.