Oman sularında neft tankerinə PUA hücumu edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i395106-oman_sularında_neft_tankerinə_pua_hücumu_edilib
Associated Press Oman sularında neft tankerinin kamikadze PUA-sı tərəfindən hədəf alındığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2022 16:05 Asia/Baku
  • Oman sularında neft tankerinə PUA hücumu edilib

Associated Press Oman sularında neft tankerinin kamikadze PUA-sı tərəfindən hədəf alındığını bildirib.

SəhərAzəri- "Associated Press" xəbər agentliyinin məlumatına görə, adının açıqlanmasını istəməyən Qərbi Asiya rəsmisi hücumun çərşənbə axşamı Oman sahillərində baş verdiyini bildirib.

Adı çəkilən Amerika xəbər agentliyi bölgədəki dəniz ticarətinə nəzarət edən Britaniya hərbi qurumuna istinadən yazıb: "Hazırda araşdırılan (hücum) hadisədən xəbərdarıq".

Bu gəminin israilli milyarderə məxsus olduğu bildirilir. 

Bu xəbərin təfərrüatları ilə bağlı əlavə məlumat verilməyib.