Əlcəzirə telekanalı sionist rejimi Beynəlxalq Cinayət Məhkəməsinə verib
Qətərin Əlcəzirə informasiya kanalı Şirin Əbu-Aqilənin sionist rejim ordusunun qüvvələri tərəfindən şəhid edilməsilə bağlı şikayət ərizəsini Beynəlxalq Cinayət Məhkəməsinə verib.
SəhərAzəri-nin məlumatına əsasən, Qətərin Əlcəzirə informasiya kanalının fələstinli müxbiri olan Şirin Əbu-Aqilə cari milad ili mayın on birində qərb sahilində yerləşən Cenin şəhərində sionist hərbçilər tərəfindən terror və şəhid edilib.
Əlcəzirə telekanalının hüquq komandası bu iş barədə tam və əhatəli təhqiqat aparıb və hadisə yerində olmuş bir neçə şahidin rəvayəti əsasında yeni faktlar əldə edibdir.
Bu qətərli telekanalın bildirdiyinə görə, öz müxbirinin şəhadətilə bağlı yeni videolar aydın şəkildə göstərir ki, işğalçı sionist rejim ordusunun qüvvələri ona və onun əməkdaşlarına tərəf atəş açıblar.