Ötən 24 saatda 24 anti-sionist əməliyyat keçirilib
İnformasiya qaynaqları dünən gecə bildiriblər ki, Fələstin müqavimət qüvvələri ötən 24 saatda sionistlər əleyhinə 24 əməliyyat keçiriblər.
Bu günlər qərb sahili xüsusiyyət təşkil etməklə işğal olunmuş ərazilərin şəraiti çox özəldir. Fələstinli döyüşçülər hər bir vasitə ilə sionistlərin saysız-hesabsız cinayətlərinə cavab verirlər. Bu məsələ qəsbkar sionistlər üçün özəl şərait yaradıb.
“Məəti” adlı Fələstin informasiya mərkəzi bir məlumatda bildirib ki, sözügedən əməliyyat Qüdsdə və qərb sahilində keçirilib.
Fələstin müqavimət qüvvələri Şəəfat düşərgəsinin yaxınlığında, işğal olunmuş Qüdsdə, həmçinin Ramullah, Cenin, Nablus, Silfit, Tulkərm və Əl-Xəlildə sionist hərbçilərin mövqelərini partlayıcı paketlər və atəş açmaqla hədəfə alıblar.
Bu istiqamətdə, fələstinlilər Ramullahın şimalında yerləşən “Termesia” adlı sionist qəsəbənin sakinlərinin hücumuna mane olublar. Bu addım sözügedən bölgənin fələstinli sakinlərinin mənzil və şəxsi avotmobillərinin keçən günlərdə ekstremist sionist qəsəbə sakinlərinin hücumları hədəfinə çevrilməsindən sonra atılıbdır.
Digər tərəfdən, yerli mənbələr Ceninin şimal-şərqində yerləşən Əlcümlə yoxlama-buraxılış postunun hədəfə alınmasından xəbər veriblər.