Netanyahuya qarşı bir daha aksiya keçirilib
Minlərlə nəfər dünən axşamçağı ard-arda necənci həftə olaraq Təl-Əvivdə və işğal olunmuş Fələstin ərazilərinin digər şəhərlərində Benyamin Netanyahunun ekstremist hökumətinə qarşı aksiya keçirib.
Netayahuya qarşı aksiya və sionist rejim partiyaları arasındakı ixtilaflar Təl-Əvivin Benyamin Netanyahunun başçılığı altında olan yeni nazirlər kabinetinin cari ayda bu rejimin «məhkəmə sisteminin islahı» barədə layihə təqdim etməsindən sonra yüksəlib.
Öncəki illərdən korrupsiya, rüşvətxorluq və əmanətə xəyanət ittihamları ilə məhkəmə tərəfindən mühakimə olunan Netanyahu «məhkəmə sisteminin islahı» adlandırdığı layihənin hesabına və bu rejimin ədliyyə nazirinin köməyi ilə öz mühakiməsini ləğv etməyi planlaşdırır. Bu həftə də ötən şənbə günlərində olduğu kimi minlərlə nəfər Təl-Əviv və Hayfada müvəqqəti sionist rejimin baş naziri Benyamin Netanyahunun hökumətinə qarşı aksiya keçirib.
Şənbə günləri işğal olunmuş Fələstin ərazilərində Benyamin Netanyahunun qara günlərinə çevrilib. Yüz minlərlə sionist qəsəbə sakini sionist sağçıların ekstremist nazirlər kabinetinin qanunsuz hərəkətləri, ifratçılıqları və özabşınalıqlarına etiraz əlaməti olaraq, küçələrə çıxır. Onlar «Likid» partiyasının və onun müttəfqilərinin devrilmələrinədək etirazları davam etdirmək niyyətindədirlər.