Fev 28, 2023 18:26 Asia/Baku
  • Mauz istefa verdi

Sionist rejim parlamenti- knessetdə ortodoks «Noem» partiyasının lideri bu rejim hökumətində dəyişiklik iradəsinin olmamasına etiraz olaraq, baş nazirlik ofisində tutduğu vəzifədən istefa verib.

Benyamin Netanyahunun başçılıq etdiyi ekstremist sağçı hakim koalisiyanın hakimiyyətə gəldiyi andan atdığı addımlar və çıxardığı qərarlar bu rejimi daxili müharibə də daxil olmaqla böhranın kəskinləşməsi səmtinə sövq etdirib.

Avi Mauz məktəblərin təhsil proqramları, həmçinin dərs kitablarının ortodoks yəhudiliyi ilə uyğunlaşdırılması məsələsində məsuliyyət daşıyırdı. O, istefasının səbəbini öz fəaliyyət sahəsində dəyişiklik yaratmaqdakı acizlik adlandırıb.

Homoseksuallığın və homoseksualların izdivaclarının sərt əleydarlarından olan bu knesset üzvü, sionistlər arasında ailə, ata və ana anlamlarının bərpası barədə məyusluq ifadə edib.

 

Teqlər