İşğal edilmiş Fələstin ərazilərində Netanyahuya qarşı kütləvi aksiyalar keçirildi
160 mindən çox sionist qondarma İsrailin baş naziri Benyamin Netanyahuya qarşı Təl-Əvivdə ardıcıl 17-ci şənbə günü nümayiş keçirib.
SəhərAzəri-nin məlumatına görə, Məlumata görə, işğal olunmuş Fələstinin digər şəhərlərində minlərlə sionist ardıcıl 17-ci şənbə günü Netanyahunun məhkəmə islahatları planına qarşı etirazlarda iştirak edib.
Netanyahu ictimaiyyətin və ABŞ-ın təzyiqi nəticəsində bu planı müvəqqəti olaraq dayandırmaq məcburiyyətində qaldığı bir vaxtda məhkəmə sistemində islahatlara qarşı nümayişlər hələ də keçirilir.
Qeyd edək ki, Netanyahunun kabinetinin məhkəmə hüququ islahatı kimi tanınan planında məhkəmə sisteminin səlahiyyətləri azaldılacaq, bu rejimdə icra və qanunvericilik əlinin daha gücü və mövqeyi artacaqdı.
Bu planda sionist rejimin kabinetinin ədliyyə müşaviri səlahiyyətləri, eləcə də digər nazirliklərinin ədliyyə müşavirlərinin səlahiyyətləri götürüləcək və nazirin istənilən şəxsi vəzifəsindən kənarlaşdırmaq və ya təyin etmək imkanı olacaq.
Bu qanun layihəsi daha əvvəl Knessetin iclasında birinci oxunuşda 63 lehinə və 47 əleyhinə səslə qəbul edilib.