May 01, 2023 17:25 Asia/Baku
  • Sionist rejimin İranı parçalamaq illüziyası

Sionist rejimin parlamenti Knesset-in 32 üzvü daxili problemlərdən xilas olmaq üçün bu rejimin xarici işlər nazirinə məktub yazaraq, Təl-Əvivdən İranın parçalanmasına dəstək verməsini tələb ediblər.

"TASNİM" xəbər agentliyinin məlumatına görə, Rza Pəhləvinin işğal olunmuş Fələstinə səfərindən bir həftə sonra xaricdəki anti-İran ünsürləri ilə Təl-Əviv arasında birlik yaratmaq məqsədilə sionist rejim parlamentinin 32 üzvü bu rejimin xarici işlər naziri Eli Kohenə məktub göndərərək, İsraili İranın şimal-qərbində xəyali "Güney Azərbaycan" dövlətinin yaranmasına və azərilərin məskunlaşdığı ərazilərin İran torpağından ayrılmasına dəstək verməyə çağırıb. 

Məktubu imzalayanlar arasında Netanyahunun başçılığı ilə hakim koalisiyada iştirak edən 22 deputatın və müxalifət fraksiyasından olan 11 deputatın adı görünür ki, bu da işğal altındakı Fələstində mövcud olan siyasi partiya və cərəyanların, daxili problemlərdən və müxtəlif siyasi meyllərindən asılı olmayaraq, İran İslam Respublikasına qarşı istənilən separatçı planı dəstəklədiklərini göstərir.

Qeyd edək ki, bir neçə gün əvvəl İranın devrilmiş şahının oğlu Rza Pəhləvi işğal olunmuş ərazilərə səfər edib və Təl-Əvivi İrana qarşı hərbi əməliyyatlara razı salmaq məqsədi ilə baş nazir Benyamin Netanyahu və sionist rejim başçısı İshaq Hersoq da daxil olmaqla bu rejimin yüksək səviyyəli nümayəndələri ilə görüşüb, fikir mübadiləsi aparıb.

Sionist rejimin İranı parçalamaq illüziyası elə bir vəziyyətdədir ki, İslami İran xalqı dəfələrlə kütləvi yürüşlər keçirərək, İslam Respublikası quruluşuna birmənalı dəstəyini bəyan etməklə yanaşı, öz ölkələrinin hakimiyyət orqanlarından sionist rejimin cinayət və şərlərinə qətiyyətli cavab vermələrini tələb ediblər. 

Teqlər