Qəzzə şəhidlərinin sayı 13 min 300 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i405707-qəzzə_şəhidlərinin_sayı_13_min_300_nəfərə_çatıb
Qəzzə zolağında yerləşən dövlət informasiya bürosu bildiribdir ki, sionist rejimin bu bölgəyə qarşı təcavüzündə şəhid olanların sayı on üç min üç yüz nəfərə yüksəlib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 21, 2023 13:36 Asia/Baku
  • Qəzzə şəhidlərinin sayı 13 min 300 nəfərə çatıb

Qəzzə zolağında yerləşən dövlət informasiya bürosu bildiribdir ki, sionist rejimin bu bölgəyə qarşı təcavüzündə şəhid olanların sayı on üç min üç yüz nəfərə yüksəlib.

Büro əlavə edib: Bu şəhidlərdən beş min altı yüz nəfəri uşaq, üç min beş yüz əlli nəfəri qadındır. Həkim, şəfqət işçisi və yardımçı da daxil olmaqla müalicə kadrından olan şəhidlərin miqdarı iki yüz bir, yanğınsöndürmə qüvvələrindən olan şəhidlərin sayı iyirmi iki, şəhid jurnalistlərin miqdarı isə altmış bir nəfərə çatıbdır.

Son statistikalara əsasən, cəsədləri uçqunlar altında və ya küçələrdə qalan və işğalçıların dəfn etmələrini əngəllədiyi itkin düşmüş şəxslərin sayı altı min beş yüz nəfərə çatıb.

Qəzzə zolağında yerləşən dövlət informasiya bürosu yaralıların sayını isə otuz bir min nəfərdən çox elan edibdir.

Sionist aparteid rejimi xəstəxanalara və yaşayış massivlərinə qarşı hücumlarını davam etdirməkdədir.