Dek 14, 2023 15:15 Asia/Baku
  • Qəzzədə HƏMAS və müqavimət qrupları olmadan hər hansı tənzimləmə illüziya və ilğımdır

HƏMAS İslami Müqavimət Hərəkatının siyasi bürosunun rəhbəri müharibədən sonra Qəzzənin Fələstin Özünü İdarə Etmə Təşkilatı və sionist rejim qüvvələri tərəfindən idarə ediləməsi ilə bağlı bəzi KİV-lərin xəbərinə cavab olaraq, deyib: "HƏMAS və müqavimət qrupları olmadan Qəzzədə hər hansı tənzimləmə illüziya və ilğımdır".

İsmayıl Haniyə çərşənbə günü Əl-Əqsa kanalında yayımlanan çıxışında Qəzzədə baş verən son hadisələri şərh edib.

HƏMAS-ın siyasi bürosunun rəhbəri deyib: "Xalqımız və müqavimətimiz hələ də mübarizənin və əfsanəvi səbrin parlaq mənzərəsini təqdim edir. Əl-Əqsa Tufanı işğalçı rejimə qüclü zərbə vurub və onun varlığını və hərbi və siyasi rəhbərliyini sarsıdıb".  

O, qeyd edib ki, Əl-Qəssam Briqadaları və Müqavimətin qəhrəmanlığı göz qabağındadır və düşmənə ağır itkilər verilib, sonuncu itkilər Şücaiyyə və Cəbəliyyədə olub.

İsmayıl Həniyyə vurğulayıb ki, bütün əzablar yaddaşlarımıza həkk olunacaq və unudulmayacaq və ya onu törədənlərə güzəştə getmək olmaz.

O, davamında deyib: "Biz hamı ilə, o cümlədən beynəlxalq qurumlarla birlikdə xalqımıza yardımı sürətləndirmək üçün intensiv səylər göstəririk. Fələstin xalqı mövcud olduğu hər yerdə işğalçıların hədəfi olub və olmaqda davam edir. Ərəb və islam ümmətini təcavüzün miqyasına uyğun olaraq, öz fəaliyyət dairəsini genişləndirməyə çağırırıq".

HƏMAS-ın siyasi bürosunun rəhbəri, dünyanın müxtəlif şəhər və paytaxtlarında Fələstinə və xalqına dəstək üçün xalq və beynəlxalq hərəkatı yüksək qiymətləndirib. 

Həniyyə, həmçinin BMT Baş Assambleyasının Qəzzədə dərhal atəşkəs tələb edən qətnaməsini alqışlayaraq, BMT baş katibinin mövqelərini təqdir etdiyini və onun Təhlükəsizlik Şurasına göndərdiyi məktubu yüksək qiymətləndirdiyini bildirib.

O, deyib: "Biz əminik ki, qəddar təcavüz sona çatacaq və müqavimət sadiq hami olaraq, qalacaq və düşmən Qəzzədə törətdiyi hər şeyin bədəlini ödəyəcək".

"Biz təcavüzü dayandırmaq üçün istənilən ideya və ya təşəbbüsü müzakirə etməyə hazırıq. HƏMAS və müqavimət qrupları olmadan Qəzzədə və ya ümumiyyətlə Fələstin məsələsində tənzimləmələrə dair hər hansı bir mərc illüziya və ilğımdır. Biz səbirliyik, müqavimətimiz güclüdür, xalqımız səbirli və mübarizdir və işğalçılar məhv olmaqdadır. Qardaşlarımız və dostlarımızla siyasi hərəkatın sayəsində görürük ki, bu qəhrəmanlıq döyüşü özünün parlaq sonuna yaxınlaşır", - deyə Həniyyə əlavə edib.