İsrailin dəniz ticarətinin xərcləri və məsafəsi artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i406508-İsrailin_dəniz_ticarətinin_xərcləri_və_məsafəsi_artıb
Yəmən ordusunun sionist rejimin gəmilərinə qarşı uğurlu və unikal əməliyyatlarından ardınca bu rejimin mediaları İsrailin dəniz ticarətinin xərclərinin çoxaldığını və məsafəsinin uzandığını etiraf edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2023 13:44 Asia/Baku
  • İsrailin dəniz ticarətinin xərcləri və məsafəsi artıb

Yəmən ordusunun sionist rejimin gəmilərinə qarşı uğurlu və unikal əməliyyatlarından ardınca bu rejimin mediaları İsrailin dəniz ticarətinin xərclərinin çoxaldığını və məsafəsinin uzandığını etiraf edirlər.

İRNA-nın verdiyi xəbərə görə, sionist medialar bu barədə bildiriblər ki, Yəmən ordusunun gəmilərin Bab əl-Məndəb boğazından keçməsinin qarşısını alması gəmilərin İsrail limanlarına çatmaq üçün 13 min kilometr yol qət etməli olması deməkdir.

Bu xəbərə görə, qeyd olunan hadisə yüklərin sionist rejimə çatdırılmasında bir neçə həftəlik gecikmə deməkdir.

Sionist rejim KİV-ləri qeyd ediblər ki, bu hadisə məsafəni artırmaqla yanaşı, əlavə daşıma xərcləri və sonda bu yüklərin qiymətinin artması ilə nəticələnəcək.

Qeyd edək ki, Yəmən ordusu ötən həftələr ərzində Qəzzə zolağında Fələstin xalqının müqavimətinə dəstək olaraq Qırmızı dəniz və Bab əl-Məndəb boğazında sionist rejimin bir neçə gəmisini hədəfə alıb.