Dek 15, 2023 14:37 Asia/Baku
  • Yəmən ordusu danimarka gəmisinə hücumu təsdiq edib

Yəmən silahlı qüvvələrinin sözçüsü deyib ki, Yəmən ordusunun dəniz qüvvələri sionist rejimə tərəf hərəkət edən Mersik-Gibraltar konteynerdaşıyan gəmisinə qarşı hərbi əməliyyat keçirib və kamikadze PUA-sı ilə onu birbaşa şəkildə hədəfə alıblar.

Əməliyyat/ gəminin ekipaj üzvlərinin Yəmən ordusunun dəniz qüvvələrinin təmaslarına cavab verməkdən çəkinmələrindən sonra keçirilib.

Yəmən silahlı qüvvələri vurğulayıblar ki: Qəzzə zolağındakı qardaşlarımıza lazım olan dərman və qida maddələrini idxal etməyəcəkləri zamanadək Ərəb və Qırmızı dənizləri vasitəsilə sionist rejim limanlarına yollanan gəmilərin hərəkətlərinin qarşısını almaqda davam edəcəklər.