Yəmən ordusu vədini yerinə yetirir
İsrail gəmisinə növbəti hücum edildi
Yəmən silahlı qüvvələri işğal olunmuş ərazilərə gedən konteyner gəmisinə qarşı uğurlu əməliyyat keçiriblər.
Ənsarullah hərəkatının hərbi sözçüsü briqada generalı Yəhya Səri bildirib ki, əməliyyat gəmi heyətinin Yəmən donanması tərəfindən edilən xəbərdarlıqlara cavab verməkdən imtina etməsindən sonra həyata keçirilib.
Bu arada Danimarkada yerləşən dünyanın ən böyük konteyner daşıma şirkəti Maersk regionda bütün xidmətlərini dayandırıb.
Qırmızı dənizdə gəmisi hücuma məruz qalan Hapag-Lloyd AG şirkəti də bölgədəki fəaliyyətini dayandırmaq qərarına gəlib. Bu şirkətlərin verdiyi qərarlardan sonra qlobal iqtisadiyyata mənfi təsir göstərəcəyi proqnozlaşdırılır.
Xatırladaq ki, Yəmən ordusu Qəzzə zolağına lazım olan ərzaq və tibbi ləvazimatlar çatdırılana qədər Ərəb və Qırmızı dənizlərdə İsrail limanlarına gedən bütün gəmilərin keçməsinə mane olacaqlarını bəyan ediblər.