Dek 16, 2023 12:22 Asia/Baku
  • Müqavimət döyüş və raket imkanlarını qoruyub saxlayır

Müqavimət qarşısında uğursuzluğunu etiraf edən sionist İsrail ordusu Qəzzə zolağının yaşayış məntəqələrinə 71 gün ərzində amansız hücumlara baxmayaraq, HƏMAS-ın hələ də döyüş və raket imkanlarını qoruyub saxladığını etiraf edib.

Xunta rejimi ordusunun sözçüsü Daniel Haqari bu barədə deyib: “Biz əvvəldən deyirdik ki, döyüşümüz ağır və uzun olacaq”.

O etiraf edib ki, Fələstin müqaviməti döyüş qabiliyyətini və raket atma gücünü qoruyub saxlayır.

“Biz ağır bədəl ödəyirik, lakin HƏMAS-ı məhv etmək və girovları qaytarmaq kimi məqsədlərimiz sabitdir və başqa variant yoxdur və məsələ heç də asan olmayacaq”, - deyə sionist rejimi ordusunun sözçüsü vurğulayıb.

Bu arada HƏMAS hərəkatının hərbi qolunun Qəssam batalyonlarının sözçüsü son 5 gündə sionist rejimin 100-dən çox hərbi maşınının hədəfə alındığını açıqlayıb.

Əbu Übeydə cümə günü axşam verdiyi audio mesajında ​​deyib: “Döyüşçülərimiz cəsarətlə və qəhrəmancasına döyüşməkdə davam edirlər. Müqavimət döyüşçülərinin barmaqları hələ də tətikdədir və şahidi olduğumuz həqiqət düşmən ordusunun dağılmasıdır, İsrail ordusunun kövrək, zəif və qorxaq olduğu üzə çıxıb. Məhz bunun nəticəsidir ki, onlar əməliyyat zamanı muzdlulardan istifadə edirlər”.

Əbu Übeydə qeyd edib ki, düşmən fələstinli mübarizlərdən qisas almaq üçün müharibə cinayətlərinə əl atır, qadınları və uşaqları qətliam edir.