Dek 30, 2023 14:38 Asia/Baku
  • “İsrail yəhudilər üçün ən təhlükəli yerdir”

Anti-İsrail hərəkatının yüksək səviyyəli üzvü Naturi Karta sionist rejim rəhbərlərinin yəhudilərin müdafiəsi ilə bağlı iddialarını cəfəngiyyat adlandırıb.

Yəhudi ravvin deyib: “İşğal olunmuş Fələstin Musa (ə) peyğəmbərin dininin ardıcılları üçün ən təhlükəli yerdir. Bununla yanaşı Fələstin xalqına qarşı soyqırıma haqq qazandıran və törədənlər yəhudi deyillər”.

İRNA-nın məlumatına görə, anti-sionist nümayişlərin, o cümlədən Londonda keçirilən Ümumdünya Qüds Günü yürüşünün fəal iştirakçısı olan Elhanan Bek də öz videomüraciətində bildirib: “Sionistlər hər dəfə iddia edirlər ki, müsəlmanlar bütün yəhudiləri öldürüb dənizdə batırmaq istəyirlər. Amma, zərrə qədər məlumatı olan hər kəs bilir ki, bizim İslam ölkələrində heç bir problemimiz yoxdur. Yəhudilər bir çox ölkədə zülmə məruz qaldılar, amma bizə sığınacaq verən müsəlmanlar oldu”.