Səna: Yəmən qayığına hücum, ABŞ və İngiltərəyə baha başa gələcək
Yəmən milli qurtuluş hökumətinin rəsmiləri Amerikanın hücumuna cavab olaraq, bildiriblər ki, Yəmən dəniz qüvvələrinə hücum, Vaşinqton və Londona baha başa gələcək!
Bazar günü amerikan koalisiya Qırmızı dənizdə Yəmən dəniz qüvvələrinin qayığına hücum etdilər. Nəticədə Yəmən qüvvələrindən on nəfər həyatını itirdi.
Yəmən milli qurtuluş hökumətinin siyasi bürosunun baş üzvü Əli Əlqəhhum bildiribdir ki, Qırmızı dənizdə Yəmən dəniz qüvvələrinin qayığına hücum amerikan koalisiyanın bağlaya bilməyəcəyi bir darvaza açacaq.
Əlqəhhum əlavə edib: Amerikan koalisiya Yəmən dəniz qüvvələrinin qayığına hücum etməklə elə bir müharibə odu alovlandırdı ki, heç vaxt asanlıqla ondan çıxmağa qadir olmayacaq və bu, ABŞ və İngiltərəyə baha başa gələcək.
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsərii də bir bəyanatda bildiribdir ki, amerikalı qüvvələr Qırmızı dənizdə yəmənli qüvvələrin qayıqlarını hədəfə almağın nəticələrinə məruz qalacaqlar.
Yəhya Əlsərii bütün ölkələrə tövsiyə edibdir ki, aqibətləri Qırmızı dənizdə ilişib qalmaq olacaq amerikalı düşmənin planlarına qatılmasınlar; Amerika qüvvələrinin İsrail rejiminin gəmilərini qorumaq üçün Qırmızı dənizdə etdikləri hərəkətlər Yəmənin Qəzzə əhalisini himayə etməsinə mane olmayacaq.