Mart 08, 2024 19:46 Asia/Baku
  • Sionist rejim ordusunun Qəzzə zolağına və qərb sahilinə hücumları davam edir

Sionist rejim ordusu Fələstin xalqına qarşı cinayətləri, həmçinin Qəzzə zolağına və qərb sahilinə hücumlarının davamında fələstinlilərdən daha onlarla nəfəri şəhid edib.

Qəzzədə yerləşən Fələstin səhiyyə nazirliyi bu bölgəyə qarşı savaşın yüz əlli dördüncü günündə bildiribdir ki, sionist rejim ötən sutka ərzində Qəzzə zolağında səkkiz halda qırğın törədib. Bu qırğında qırx səkkiz nəfər şəhid olub, yüz dörd nəfər də yaralanıbdır.

Bu məlumata görə, yeni şəhidlərin hesablanması ilə/ ötən il oktyabrın yeddisindən bəri sionist rejimin Qəzzə zolağına qarşı hücumları nəticəsində/ yetmiş iki faizini qadınlar və uşaqların təşkil etdikləri/ otuz bir minə yaxın fələstinli şəhid olub.

Digər tərəfdən, BMT-nin fələstinli didərginləri işədüzəltmə və onlara yardım agentliyi- UNRWA da bildiribdir ki, hər gün Qəzzədə orta hesabla altmış üç qadın şəhid olur.

Bu xəbərin yayılmasının fonunda qeyd edək ki, sionist rejim bu gün də Qəzzə zolağının müxtəlif bölmələrinə, xüsusən Rəfəh və Xan Yunus şəhərlərinə qarşı hücumları davam etdiribdir.

 

Teqlər