Mart 13, 2024 13:15 Asia/Baku
  • Sionist hərbçilər atəş altında;

Hizbullah bir gündə İsrailin 5 bazasına raket zərbəsi endirdi

Livan Hizbullahı işğal olunmuş Fələstin torpaqlarının şimalında sionist rejim ordusunun beş bazasına raket hücumu edib.

Əl-Cəzirə telekanalının məlumatına görə, Livan Hizbullahı sionist işğalçıların Əl-Cərdah, Cəll əl-Əlam, Hədb Yarin, Zariit və Bərkə Rişadakı hərbi bazalarını raket hücumları ilə hədəfə alıb.

Bu raket hücumundan sonra Livanla sərhədə yaxın Yuxarı Qaliley bölgəsinin əksəriyyətində həyəcan siqnalı çalınıb.

Livan Hizbullahı həmçinin elan edib ki, onun döyüşçüləri işğal olunmuş Fələstinlə sərhəd bölgələrdə sionistlərin PUA-sına atəş açaraq onu işğal olunmuş ərazilərə geri çəkilmək məcburiyyətində qoyub.

 

Teqlər