Apr 17, 2024 11:44 Asia/Baku
  • İsrailin müharibə kabinetinin iclası nəticəsiz sona çatdı

Çərşənbə axşamı ABC News kanalı məlumatlı mənbəyə istinadən bildirib ki, İsrail rejiminin baş naziri Benyamin Netanyahunun hərbi kabinetinin İranın cəza hücumu ilə bağlı iclası yekun qərar verilmədən başa çatıb.

Kanal iclas barədə məlumatlı olan İsrail mənbəsinə istinadən bildirib ki, bir sıra variantlar hələ də nəzərdən keçirilir, lakin çərşənbə axşamı keçirilən görüşdə yekun qərar qəbul edilməyib.

Bu, İsrailin müharibə kabinetinin İranın cəza tədbirləri ilə bağlı ardıcıl üçüncü iclası idi.

Teqlər