Sionist rejim həm havadan, həm də qurudan Qəzzə zolağına hücum edib
Sionist rejim qırıcıları Qəzzə zolağının müxtəlif məhəllələrinə qarşı şiddətli aviabasqınlar təşkil ediblər.
Bu qırıcılar Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərinin şərqini bombalayıblar.
Qəzzə zolağının mərkəzində yerləşən Əlnusəyrat düşərgəsinin bombalanması zamanı isə bir neçə nəfər yaralanıb.
Bu xəbəri yayan Əlməyadin telekanalı həmçinin Qəzzə zolağının şimalında yerləşən Cəbaliya düşərgəsinə qarşı şiddətli aviasiya və artilleriya hücumlarından xəbər verib.
Sionist rejimin Qəzzə zolağının müxtəlif məhəllələrinə qarşı hava və quru hücumlarından əlavə, bu rejimin artilleriyası da həmin zolağın şimalında yerləşən Beyt-Lahiya qəsəbəsindəki bir məhəlləni geniş surətdə hədəfə alıb.
Sionist rejimin Qəzzə zolağının müxtəlif məhəllələrinə qarşı hava və quru hücumlarının davam etdiyi bir halda, qərb sahilinin vəziyyəti də sionist hərbçilərin hücumları nəticəsində son dərəcə iltihablı hala düşübdür.
Əlcəzirə telekanalının məlumatına görə, İordan çayının qərb sahilində yerləşən Cenin şəhərinə basqın edən sionist rejim hərbçiləri şəhərdəki bütün xəstəxanaları mühasirəyə alıb və öz snayperlərini onların üzərlərində yerləşdiriblər.
Qəzzədə müharibə başlanandan bəri sionist rejim hərbçiləri tərəfindən qərb sahilində doqquz minə yaxın fələstinli həbs olunub.
Belə bir halda, Cenində yerləşən Qüds batalyonları bildiriblər ki, fələstinli döyüşçülər bu şəhərə və düşərgəyə hücum edən sionist hərbçilərlə toqquşublar.
Əlqəssam batalyonları da görüntülər yayaraq bildiriblər ki, bir tunelin girəcəyində bomba partladıblar. Nəticədə/ Cəbaliya düşərgəsindəki bir qrup sionist rejim hərbçisi ölüb, yaralanıb və ya əsir düşübdür.