May 28, 2024 15:33 Asia/Baku
  • Fələstinli körpələrin qırğın edilməsi qəddar rejimin növbəti cinayətidir - TƏHLİL

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) sionist rejimin hücumlarının davam etməsi səbəbindən Qəzzədə fələstinli körpələrin ölüm riski ilə bağlı xəbərdarlıq edib.

Qəzzədə cərəyan edən soyqırımın səkkizinci ayının bitməsinə cəmi bir həftə qalıb. Bu müddət ərzində 35 mindən çox fələstinli şəhid olub, 80 minə yaxın insan isə yaralanıb. Bölgədə törədilən soyqırımın əsas qurbanları uşaqlardır.

BMT-nin Uşaq Fondunun (UNICEF) verdiyi açıqlamada deyilir: “Qəzzədəki oksigen generatorları və Deyr əl-Bəlh şəhərində Əl-Əqsa şəhidləri xəstəxanası sıradan çıxıb və bu bölgədə 20-dən çox körpə ölüm riski ilə üzləşib”.

Əl-Əqsa Şəhidləri Xəstəxanasının direktoru Əyad Əbu Zəhir, xəstəxanaların elektrik enerjisi və yanacaq çatışmazlığı səbəbindən bağlanacağı təqdirdə sağlamlıq fəlakətinin baş verəcəyini vurğulayıb.

Sionist rejimin Qəzzə zolağına qarşı müharibəsi fələstinli uşaqların dinc yaşayış yerlərindən məhrum olmalarına səbəb olub və bu məsələ onları çox çətin şərtlərlə üzləşdirib, onlar üçün təhlükəsiz yer yoxdur.

Göründüyü kimi Qəzzədə vəziyyət çox fəlakətlidir, xüsusən də qida çatışmazlığı nəticəsində uşaqlar tələf olur.

Bundan əlavə, çoxsaylı məlumatlara görə, təhlükəsiz yerin olmaması və ailə üzvlərinin itkisi qəzzəli uşaqları sərgərdan qoyub.

UNİCEF-in üzvü Ceyms Elder bu yaxınlarda “Qardian” qəzetində dərc olunmuş məqaləsində belə elan edib: “Rəfəhdə uşaqlarla dolu qəbiristanlıqlar var”.

Aclıq və ağır qida çatışmazlığı Qəzzədə uşaqların başqa problemidir. Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) bu yaxınlarda Xan Yunisdə və Qəzzə zolağının mərkəzi bölgələrində 2 yaşdan kiçik uşaqların 28%-nin ağır qida çatışmazlığından əziyyət çəkdiyini açıqlayıb. UNRWA öz bəyanatında əlavə edib: “Xan Yunisdə və Qəzzə zolağının mərkəzi bölgələrində 2 yaşdan kiçik uşaqların 10 faizindən çoxu ağır çəki itkisindən və arıqlamaqdan əziyyət çəkir”.

Qəzzədə fələstinli uşaqların vəziyyətinin ağır olmasına baxmayaraq, sionist rejim Qəzzə zolağına təcavüzünü davam etdirir və quru keçidlərini bağlamaqla regionda humanitar böhranı dərinləşdirib.