İyun 05, 2024 15:10 Asia/Baku
  • Netanyahu Livana hücuma cürət edərmi?

Hizbullah lideri: Gəlsələr, məğlub olacaqlar

İsrailin Hərbi Nazirlər Kabinetinin Livana hücum etməklə bağlı təhdidlərinə Hizbullah lideri möhkəm cavab verib.

Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah deyib: “Hücum edərsə, İsrail görünməmiş və uzunmüddətli ağır bombardmanlara məruz qalacaq və Livanın cənubundakı dağlıq ərazi İsrail Ordusu üçün tələlərlə çevriləcək”.

Cənab Nəsrullah qeyd edib ki, Qəzzə qrupları yalnız yüngül silahlanmış və mühasirədə olsalar da və aşağı əks-hücum qabiliyyətinə malik olsalar da, Livan Müqaviməti tək başına ağır silahlı bir ordudur və müharibənin quruda İsrailə keçməsi tamamilə mümkündür.

O xəbərdarlıq edib ki, İsrail regional müharibə ilə özünü uzun və qeyri-müəyyən bir müharibəyə sürükləyə bilər. Belə ki, işğalçı qüvvələr Livanın cənubuna daxil olarsa, İsrail tankları, diviziyaları və briqadalarının məhv edilməsini hamı canlı yayımda görəcək.

 

Teqlər