İsrailli əsir medanın qurbanı olmayacağını deyir:
“HƏMAS mənə ziyan vurmadı”
Bu yaxınlarda əsirlikdən azad edilmiş sionist qadın İsrail rejiminin mediasının "HƏMAS-ın bu əsirlər ilə pis rəftar etməsinə" dair iddialarını təkzib edib və əsirlikdə heç kimin ona ziyan vurmadığını deyib.
Bu məlumata əsasən, əvvəllər HƏMAS-ın hərbi qolu olan İzzəddin əl-Qəssam Briqadalarının əsirliyində olan Noa Arqamani adlı israilli qadın vurğulayıb ki, “Əl-Əqsa Tufanı” əməliyyatında əsir götürüldükdən sonra heç vaxt döyülməyib və İsrail mediası onun açıqlamalarını təhrif edib.
Arqamani İnstaqram səhifəsində yazıb: “Əl-Qəssam Briqadaları əsirlikdə nə məni döydülər, nə də saçlarımı kəsdilər, ancaq İsrail ordusunun döyüşçülərinin hücumu nəticəsində divar uçdu və mən yaralandım”.
Keçmiş əsir vurğulayıb: “Əsirlikdə mənə heç kim ziyan vurmadı, amma İsrail ordusunun bombardmanından sonra yaralandım”.
"Əl-Cəzirə" telekanalının məlumatına görə, Arqamaninin açıqlamaları İsrail rejiminin bir çox rəsmiləri və mediası üçün heç də xoş olmayıb.