Sionist rejim Qərb Sahilinin şimalında geniş əməliyyata başlayır
Xəbər mənbələri bildiriblər ki, sionist rejim çərşənbə günü səhər saatlarından etibarən Qərb Sahilinin şimalında genişmiqyaslı hərbi əməliyyata başlayıb.
İşğalçı İsrail ordusu İordan çayının şimalındakı Cenin, Tulkərm və Tubasda genişmiqyaslı hərbi əməliyyata başladığını açıqlayıb. Fələstin müqavimət qrupları da hücumlara qarşı duracaqlarını və konkret əməliyyatlar həyata keçirəcəklərini açıqlayıblar.
Sionist rejim radiosu bildirib ki, ordunun Qərb Sahilinin şimalında başlatdığı əməliyyat 2002-ci ildə keçirilən əməliyyatından sonra ən böyük əməliyyat olacaq və hərbi hava qüvvələri və böyük qüvvələrin iştirakı ilə həyata keçiriləcək.
İvritdilli "Yedioth Ahronot" qəzeti də əməliyyatın bir neçə gün davam edəcəyini və ordunun vertolyot və döyüş təyyarələrindən geniş istifadə etdiyini yazıb.
Sionist rejimin kanal-14 telekanalı da bildirib ki, Qərb Sahilinin şimalındakı şəhərləri hədəf alan bu böyük əməliyyata hazırlıq üçün ordu xüsusi bölmələrdən minlərlə əsgəri səfərbər edib və bu əməliyyatda ordunun xüsusi bölmələri, sərhədçilər və Şin Bet bölməsi iştirak edir.