Avq 29, 2024 14:05 Asia/Baku
  • HƏMAS xunta rejiminin İordan vadisindəki əməliyyatının uğursuz olacağına əmindir

Müqavimət düşməni təəccübləndirəcək HƏMAS xunta rejiminin İordan çayının qərb sahilindəki əməliyyatının uğursuz qalacağına əmin olduğunu bildirib

  SəhərAzəri-nin məlumatına əsasən, işğalçı rejimin sistemli plan çərçivəsində bütün fələstinliləri məhv etməyə çalışdığına toxunan HƏMAS-ın Livandakı nümayəndəsi İordan çayının qərb sahilində müqavimətin düşməni təəccübləndirəcəyini vurğulayıb.

  Təsnim Beynəlxalq Xəbər Agentliyinin məlumatına görə, HƏMAS hərəkatının Livandakı nümayəndəsi Əhməd Əbdül Hadi Qəzzəyə qarşı soyqırım müharibəsi ilə eyni vaxtda sionistlərin İordan çayının qərb sahilinə vəhşicəsinə hücumlarına cavab olaraq deyib: “Sionist düşmən sistemli plan şəklində İordan çayının qərb sahilində fələstinliləri məhv etməyə çalışır”.

  O əlavə edib: “Təhlükəsizlik orqanları və Fələstin muxtariyyətinə bağlı bütün qurumlar öz xalqının yanında olmağa və işğalçı düşmənlə koordinasiyadan çəkinməyə borcludurlar”.

  Xatırladaq ki, işğalçı İsrail ordusu dünən səhər saatlarında İordan çayının qərb sahilinin şimalındakı şəhər və düşərgələrdə geniş hərbi əməliyyatlar keçirdiyini açıqlayıb. İsrail ordusunun radiosu hücumun bir neçə gün davam edəcəyini iddia edib. İşğalçı İsrail ordusu və   Şabak birgə bəyanat verərək İordan çayının qərb sahilindəki Fələstin silahlı müqavimət qruplarını məhv etmək üçün İordan çayının qərb sahilinin şimalındakı Cenin və Tulkərm şəhərlərində böyük əməliyyata başladıqlarını bildirirlər.

  Sionistlərin İordan çayının qərb sahilinə bu vəhşi hücumları nəticəsində 12 fələstinli şəhid olub, 20-dən çoxu isə yaralanıb.

 

Teqlər