Sionistlərin barbarlığı geniş vüsət alır;
Xunta rejimi Qərb Sahilini də qan gölünə döndərir – TƏHLİL
Sionist rejim Qəzzə zolağında 11 ay ərzində yandırılmış torpaq siyasətini tətbiq etdikdən sonra indi də Qərb Sahilində oxşar fəlakəti təkrarlamağa çalışır.
Sionistlərin Təl-Əvivdən maksimum 40 kilometr məsafədə yerləşən İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə ağır və hərtərəfli əməliyyatı bir neçə hədəfi ehtiva edir ki, bunlar arasında aşağıdakıları qeyd etmək olar:
Birincisi, İordan çayının qərb sahilinin daha çox sakininin silahlanmasından İsrailin qorxuya düşməsi;
İkincisi, bu ərazilərdə müqavimət qruplarının birləşməsi;
Üçüncüsü, Qəzzə cəbhəsindəki imkansızlığın yaratdığı təzyiqləri azaltmaq üçün bu əməliyyatdan hərbi və təhlükəsizlik baxımından qazanc əldə etmək;
Dördüncüsü, Livanda Hiz*bull@hın Ərbəin əməliyyatı nəticəsində rejimin müdafiə sistemləri ilə yanaşı kəşfiyyat və informasiya strukturunu çıxılmaz vəziyyətə salan rüsvayçı məğlubiyyətə kölgə salmaq;
Beşincisi, Məscidül-Əqsa üzərində nəzarəti ələ keçirmək üçün zəmin yaratmaq və nəhayət, bu məscidi yəhudiləşdirərək sionist dini ekstremistlərin diqqətini cəlb etmək.
Altıncısı, tərəflər arasında atəşkəs üçün danışıqlar yoluna daha çox daş atmaq üçün yeni cəbhə yaratmaq.
Bu faktları nəzərə alaraq beynəlxalq təşkilatlar və islami cəmiyyətlərin qəti və çəkindirici addımlar atması zərurətə çevrilib və bu məsuliyyətin həyata keçirilməsində hər hansı səhlənkarlıq İordan çayının qərb sahilində Qəzzə faciələrinin təkrarlanmasına səbəb ola bilər.