Qəzzə yeni ilə bombardman altında başladı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i417241-qəzzə_yeni_ilə_bombardman_altında_başladı
İşğalçı İsrail ordusu yeni ilin ilk saatlarında artilleriya və döyüş təyyarələri ilə Qəzzə zolağının şimaldan cənubuna bütün bölgələrini hədəfə alıb.
(last modified 2025-01-01T10:40:05+00:00 )
Yan 01, 2025 11:37 Asia/Baku
  • Qəzzə yeni ilə bombardman altında başladı

İşğalçı İsrail ordusu yeni ilin ilk saatlarında artilleriya və döyüş təyyarələri ilə Qəzzə zolağının şimaldan cənubuna bütün bölgələrini hədəfə alıb.

Əl-Cəzirə kanalı bildirib ki, sionist rejim ordusunun artilleriya bölmələri Xan Yunis şəhərinin şərqini və Qəzzənin cənubundakı Rəfəh şəhərini atəşə tutublar. 

Qəzzə zolağının şimalındakı Cebaliyyə qəsəbəsində sionist rejimin hava zərbələri nəticəsində bir neçə fələstinli yaralanıb, Həmçinin, Qəzzənin mərkəzindəki Əl-Bəric düşərgəsinə yaşayış binasının bombalanması nəticəsində bir neçə fələstinli şəhid olub və ya yaralanıb.