ABŞ və İngiltərə qırıcıları Sənaya hava zərbələri endirib
Əl-Məyadin telekanalı ABŞ və İngiltərə qırıcılarının Yəmənin paytaxtı Sənada bir neçə bölgəyə çoxsaylı hava zərbələrindən xəbər verib.
Əl-Məyadinin xəbərinə görə, ABŞ və Britaniya döyüş təyyarələri Sənaya üç zərbə endirib.
Təcavüzkar qırıcılar hücumların birində Sənanın mərkəzində 21 Dekabr parkını hədəfə alıblar.
Yəmənin Əl-Məsirə telekanalı zərbələri təsdiqləyərək bildirib ki, Amerika və İngiltərə təyyarələri paytaxt daxilində Sənanın mərkəzi və Əl-Səurə bölgəsini hədəf alan altı hücum təşkil edib.
Bəzi məlumatlara görə, Yəmən Müdafiə Nazirliyinə aid obyektlər hədəflər arasındadır,
Yəmənin müxtəlif bölgələri, xüsusən də Əl-Hudeydə əyaləti son aylarda ABŞ və İngiltərənin təcavüzkar hücumlarının hədəfində olub.
Yəmənin Ənsarullah Hərəkatının rəsmisi bildirib ki, bu hücumlar sionist rejimə qarşı tətbiq edilən dəniz blokadasını dayandırmaq üçün Yəmənin milli hökumətinə təzyiq göstərmək məqsədi daşıyır.
Yəmən Silahlı Qüvvələri sionist rejim Qəzzəyə hücumlarını dayandırmayana qədər bu rejimin gəmilərinə və ya Qırmızı dənizdəki işğal olunmuş ərazilərə gedən gəmilərə hücumlarını davam etdirəcəklərinə söz veriblər.