Sionistlər əsirlər mübadiləsinin bərpası üçün geniş aksiya keçiriblər
Sionist qəsəbə sakinlərindən minlərlə nəfər Təl-Əvivdə küçələrə çıxıb. Onlar Netanyahu hökumətindən Həmas hərəkatı ilə əsirlər mübadiləsi müzakirələrinin bərpa edilməsini istəyiblər.
Təl-Əvivin Teatr meydanından başlanan yürüş-aksiya Likud partiyasının qərargahına doğru davam edib.
Etirazçılar Təl-Əvivdəki əsas yollardan birini bağlayıblar. Onlar əsirlər mübadiləsi üzrə razılaşmanın əldə olunmasını istəyiblər.
Daxil olan məlumatlara görə, aksiya, müzakirələrdə irəliləyişin olmaması və əsirlərin vəziyyəti barədəki nigarançılıqların artmasından sonra təşkil olunub. Etirazçılar hökumətin təcili addımlar atmasının vacibliyini vurğulayıblar.
Minlərlə nəfərdən ibarət olan aksiyaçılar öz tələblərini sionist rejimin məsul şəxslərinə elan ediblər.
Əsas yolları bağlayan nümayiş iştirakçıları medialar da daxil olmaqla, hamının diqqətini bu məsələyə cəlb ediblər.