«Əlmuəmədani» xəstəxanasının bombalanması müharibə cinayətidir
Fələstin İslami Cihad Hərəkatı bir bəyanatda Qəzzədə yerləşən «Əlmuəmədani» xəstəxanasının sionist rejim tərəfindən bombalanmasına işarə edib. Bildirib ki, bu cinayət, məsuliyyəti birbaşa şəkildə ABŞ hökumətinin üzərinə düşən dəhşətli cinayətdir.
Fələstin İslami Cihad Hərəkatı bu bəyanatda vurğulayıb ki, sionist rejimin nasist ordusunun «Əlmuəmədani» xəstəxanasında törətdiyi dəhşətli cinayət cinayətlər zirvəsinə doğru sıçrayışdır.
Hərəkat əlavə edib: Bu xəbiscəsinə cinayət/ Amerikanın birbaşa himayəsi ilə Qəzzə əhalisinə qarşı soyqırım çərçivəsində həyata keçirilən planlaşdırılmış təcavüzlərin bir hissəsidir.
Qəzzə didərginlərinin düşərgəsini, sığınacaqlar, məktəblər və xəstəxanaları hədəfə alan bu cinayət, bütün insani və etik qanunların pozulması sayılır.
Fələstin İslami Cihad Hərəkatı bəyanatda sonra belə qeyd edib: Amerikanın Qüdsü işğal etmiş rejimin siyasətlərinə dəstək verməsi, Qəzzə əhalisinin köçürülməsi üzrə planları və təhrikedici siyasəti, bu cinayətlərin əsas təşviqedicisidir.
Beynəlxalq səviyyədə sükut Qəzzənin qanun və insanlıq üçün bir qəbiristanlığa çevrilməsinə bais olub- Fələstin İslami Cihad Hərəkatının bəyanatında deyilir.