Şeyx Nəim Qasimin İmam Xomeyninin (r.ə) vəfatının ildönümündə verdiyi bəyanat:
Haqqın batilə qalib gələcəyinə ümid hələ də yaşayır / İmam Xomeyni iman, zülmə, işğala və asılılığa qarşı duruşun simvolu idi
Livan Hizbullah Partiyasının baş katibi İmam Xomeyninin vəfatının ildönümündə dedi: “İmam Xomeyni fədakarlığı ilə İranı istibdaddan çıxarıb məzlumların müdafiəsinə yönəltdi və onun düşüncəsi bu gün də yaşayır.”
O, İmam Xomeynini iman, zülmə qarşı çıxmaq, işğal və asılılığa qarşı dayanmaq dəyərlərinin rəmzi adlandıraraq qeyd etdi ki, bu dəyərlər bölgədə müqavimət və azadlıq hərəkatlarının yolunu işıqlandırır.
Şeyx Qasim əlavə edib: “Biz hələ də haqqın batilə qalib gələcəyinə ümidliyik. Çünki İmam Xomeyni böyük tarixi bir dönüş yaratdı və Amerikanın dəstəklədiyi şah rejimini devirməklə İranı müstəqil və güclü bir İslam Respublikasına çevirdi.”
O, inqilabçı İranın İslam ümmətinə, xüsusilə Fələstin məsələsinə verdiyi dəstəyi vurğulayaraq dedi: “İran, İmam Xomeyninin rəhbərliyi ilə, Fələstinin və Qüdsün azadlığı uğrunda müqavimətin yanında dayanıb.”