Əbu-Ubeydə: İşğalçı qüvvələr Qəzzədə bir məhbusun olduğu yeri mühasirəyə alıb
Qəssam Briqadaları sionist rejimə bir əsiri azad etmək cəhdi barədə xəbərdarlıq edib və bildirib ki, bu məhbus öldürülərsə, işğal ordusu məsuliyyət daşıyacaq.
HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə bildirib ki, sionist rejim qüvvələri Qəzzə zolağında əsir Mətan Zəngaukerin saxlandığı yeri mühasirəyə alıblar.
Əbu Ubeydə deyib: "Düşmən onu sağ-salamat çıxara bilməyəcək".
Qəssam Briqadalarının sözçüsü vurğulayıb: "Əgər bu məhbus onu azad etmək cəhdi zamanı öldürülübsə, işğalçı ordu məsuliyyət daşıyacaq; çünki biz bir il səkkiz ay onun həyatını qorumuşuq və bu xəbərdarlıqdan sonra onun ölməsi halında biz məsuliyyət daşımayacağıq".
Digər tərəfdən bu sionist əsirin anası deyib: "Gecə gözlərimi yumub, oğlumun yerini təsəvvür edirəm. Hansı ki, onlarla metr altında bir küncdə tənha oturub və hər gün bombaların səsini eşidir. Tunel titrəyir və bəlkə də mənim oğlum da özünü itirir və hiss edir ki, hamı onu unudub".
O, sionist rejimin cinayətkar baş naziri Benyamin Netanyahuya xitabən bəyan edib: “Netanyahu, 58 məhbusu öz halına buraxdığını bilə-bilə güzgüyə necə baxa bilərsən?!” Bütün İsraili məhv etdin... nəyə görə?! Öz koalisiyanı qorumaq üçün?! Sən biz ailələri məhv etdin.