BMT: Qəzzədə soyqırıma 60-dan çox beynəlxalq şirkət şərikdir
İyul 02, 2025 11:58 Asia/Baku
BMT-nin xüsusi məruzəçisi Françeska Albaniz son hesabatında Qəzzədə baş verən qətliamda iştirak edən işğalçı rejimə yardım edən şirkətlərin geniş siyahısını təqdim edib.
O, hesabatında belə yazıb: “Soyqırımı davam edir, çünki bir çoxları üçün bu, gəlir mənbəyidir.”Nəşr olunan siyahıda Lockheed Martin və Leonardo kimi böyük şirkətlərin adı qeyd olunub. Hesabata görə, bu şirkətlərin istehsal etdiyi silahlar Qəzzəyə edilən hücumlarda istifadə olunub.Texnika sahəsində isə Caterpillar Inc və HD Hyundai şirkətləri, Fələstinlilərin Qərb Sahili və Qəzzə zolağındakı əmlaklarının dağıdılmasında istifadə olunan avadanlıqları təmin etdiklərinə görə, bu siyahıya daxil ediliblər.