Netanyahunun oğlu atasının müxaliflərinin qorxusundan qaçıb
Netanuahunun oğlu deyib: “İsraildən qaçdım, çünki atamın müxaliflərindən qorxurdum”.
Sionist rejimin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu deyib ki, atasının əleyhdarları tərəfindən həyatı üçün qorxusu onu 2023-cü ilin əvvəlində İsraili tərk edərək, ABŞ-a getməyə vadar edib.Bir ildən artıqdır, 2023-cü ilin oktyabrından İsrailin Qəzzə zolağında apardığı soyqırım müharibəsi zamanı belə Yairin ABŞ-ın Mayami ştatında olması mübahisələrə səbəb olub.Yair ilk dəfə bazar ertəsi axşam yerli TOV kanalına verdiyi müsahibədə "həyatı üçün qorxusundan İsraili tərk etdiyini" söyləyib.O, əlavə edib: "Benyamin Netanyahunun müharibə naziri Yoav Qalantı tutduğu vəzifədən qovduğu və İsraildə qəzəbli reaksiyalara səbəb olduğu gecə mən evdə tək idim və bir anda etirazçıların evə soxulacağından çox qorxdum. Onlar əllərində məşəl hasarlardan dırmaşırdılar. Mən ölüm hədələrini eşidirdim, polis də heç bir şey etmirdi. Həmin hadisədən sonra öz təhlekəsizliyim üçün uzaqlaşmağa ehtiyac olduğunu hiss etdim”.