Yəmən qəsb olunmuş Fələstinə raketlə hücum edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i420797-yəmən_qəsb_olunmuş_fələstinə_raketlə_hücum_edib
Sionist rejim ordusu Yəmən tərəfdən bir raketin atılmasından xəbər verib, sonra isə qəsb olunmuş Fələstinin şərqində həyəcan siqnalları səsləndirilib.
(last modified 2025-07-06T05:28:13+00:00 )
İyul 06, 2025 09:26 Asia/Baku
  • Yəmən qəsb olunmuş Fələstinə raketlə hücum edib

Sionist rejim ordusu Yəmən tərəfdən bir raketin atılmasından xəbər verib, sonra isə qəsb olunmuş Fələstinin şərqində həyəcan siqnalları səsləndirilib.

Sionist rejimin daxili cəbhə komandanlığı bu gün səhər saatlarında Yəmən tərəfdən raketin atıldığını müşahidə edib. Ondan sonra qərb sahilinin şərqində, həmçinin Ölü dənizinə yaxın bölgələrdə həyəcan siqnalları səsləndirilib.

Yəmən tərəfdən raketin atılması ilə bir zamanda, Ben-Qurion hava limanının fəaliyyəti dayandırılıb və İsrail ordusunun səmanın təhlükəsiz olduğunu elan etməsinə qədər heç bir təyyarə enmə və qalxma icazəsi almayıbdır.

Sionist rejim ordusu bu raketi təqib və məhv etdiyini iddia edib. Bu anadək Yəmən ordusunun məsulları sözügedən atış barədə bir reaksiya göstərməyiblər.

“Məraya Əxbari-Qəzzə” adlı teleqram kanalı bu atışa reaksiyada bildiribdir ki, Yəmən Ənsarullahı qəsbkar rejimə raket atmaqla məhərrəm ayının onuncu gecəsini əziz tutubdur.