Qəzzədə atəşkəsin qəbulu üzrə Həmas-ın şərtləri
Fələstin islami müqavimət hərəkatı- Həmas, sionist rejimlə atəşkəsi qəbul etmək üçün təcavüzkar İsrail ordusunun mart ayında atəşkəsin dağılmasından öncəki mövqelərə qayıdışı da daxil olmaqla şərtlər və ya mülahizələr irəli sürüb, amma, adıçəkilən rejimin baş naziri Benyamin Netanyahu bu şərtləri rədd edibdir.
Sionist rejimin baş nazir ofisi dünən bildiribdir ki, bu rejim Həmas-ın atəşkəs və Qəzzədəki girovların azad olunmaları barədəki son razılaşmada islahatlara dair təklifini rədd edib. Bununla belə, müzakirələrdə yerdə qalan ixtilafları azaltmaq məqsədilə bu gün Qətərə bir müzakirə komandası göndərəcək- deyə, sözügedən ofis qeyd edib.
İki tərəf arasındakı müzakirələr altı həftə bundan öncə dayandırılıb. Danışıqların öncəki raundu dalana dirənib.
Bununla belə, Həmas qətərli vasitəçilər yolu ilə İsrail və Birləşmiş Ştatlarla dolayısı ilə müzakirələrdə araşdırılmasını istəyən şərtlər və ya mülahizələr irəli sürüb.
İlk şərt odur ki, atəşkəsin başlanması ilə, BMT Qəzzədə humanitar yardımların paylanması məsuliyyətini üzərinə götürsün. Digər tərəfdən, Amerika və İsrailin himayələri altında olan Qəzzəyə yardım fondu humanitar yardımların paylanması prosesindən kənara qoyulsun.
Həmas həmçinin sionist rejimlə atəşkəsin bərqərarı üçün təcavüzkar ordunun mart ayında atəşkəsin dağılmasından öncəki mövqelərə qayıtmasını istəyir