Sionist rejim "Əl-Məyadin" telekanalının işğal olunmuş ərazilərdəki ofis rəhbərini həbs edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i420807-sionist_rejim_Əl_məyadin_telekanalının_işğal_olunmuş_ərazilərdəki_ofis_rəhbərini_həbs_edib
Əl-Məyadin telekanalı bu gün səhər saatlarında sionist rejimin daxili təhlükəsizlik xidməti "Şabak"ın zabitlərinin, kanalın işğal olunmuş ərazilərdə, İordan çayının qərb sahilində, Beyt Ləhm şəhərində yerləşən ofisinin rəhbəri Nəsir Əl-Ləhamı evində həbs etdiyini açıqlayıb.
(last modified 2025-07-07T08:05:06+00:00 )
İyul 07, 2025 12:04 Asia/Baku
  • Sionist rejim

Əl-Məyadin telekanalı bu gün səhər saatlarında sionist rejimin daxili təhlükəsizlik xidməti "Şabak"ın zabitlərinin, kanalın işğal olunmuş ərazilərdə, İordan çayının qərb sahilində, Beyt Ləhm şəhərində yerləşən ofisinin rəhbəri Nəsir Əl-Ləhamı evində həbs etdiyini açıqlayıb.

Şabak əməkdaşları Nəsir Əl-Ləhamın evində axtarış apararaq əmlakına ziyan vurub və şəxsi telefonlarını müsadirə ediblər.

 "Fəth" hərəkatının sözçüsü Münzir Əl-Hayik bu hadisəyə münasibət bildirərək deyib ki, sionist rejimin bu həbsi jurnalistləri susdurmaq və qorxutmaq məqsədi daşıyır.