Avq 13, 2025 12:51 Asia/Baku
  • Bu gün Qahirədə müharibənin dayandırılması yollarını müzakirə edəcəyik

Hazırda Qahirədə HƏMAS-n yüksək səviyyəli rəsmisi Tahir Əl-Nunu deyib ki, nümayəndə heyəti ilkin danışıqlara başlayıb, Misir rəsmiləri ilə rəsmi görüşlər isə bu gün çərşənbə günü başlayacaq.

O, qeyd edib ki, müzakirələrdə Qəzzə zolağında müharibənin dayandırılması, humanitar yardımların Zolağa daxil olmasına icazə verilməsi və Qəzzədə Fələstin xalqının iztirablarına son qoyulması yolları müzakirə olunacaq.

Bu elə bir haldadır ki, bu gün səhər saatlarından etibarən Qəzzədə ən azı 24 fələstinlinin sionist rejim qüvvələri tərəfindən şəhid edildiyi bildirilir. 

Əl-Əhli xəstəxanasındakı bir mənbə sionist rejimin Qəzzə şəhərinin Zeytun məhəlləsində bir evə endirdiyi hava hücumunda 12 nəfərin öldüyünü bildirib.

Sionist rejimin Qəzzəyə qarşı müharibəsi indiyədək ən azı 61 min 600 nəfərin şəhid olması və 154 mindən çox fələstinlinin yaralanması ilə nəticələnib və humanitar vəziyyət pisləşməkdə davam edir.